Paşinyan Andranik Tevanyanı dövlətə xəyanətdə İTTİHAM ETDİ

Paşinyan Andranik Tevanyanı dövlətə xəyanətdə İTTİHAM ETDİ

Hazırda oxunan: Paşinyan Andranik Tevanyanı dövlətə xəyanətdə İTTİHAM ETDİ

614471

Ermənistanın baş naziri Nikol Paşinyan Vanadzorda keçirilən seçkiöncəsi təşviqat kampaniyası zamanı müxalif "Çiçəklənən Ermənistan" Partiyasından deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib.

Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
 

"Bilirsiniz ki, "Çiçəklənən Ermənistan"ın siyahısında ikinci yerdə Andranik Tevanyandır. Sabah Milli Təhlükəsizlik Xidməti müəyyən edilmiş qaydada İstintaq Komitəsinə cinayət barədə məlumat göndərəcək. Tevanyana qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işi açılmasını gözləyirik", - Paşinyan bildirib.


Baş nazir, həmçinin Ermənistanda casus şəbəkəsinin fəaliyyət göstərdiyini iddia edib və hakimiyyətin bununla bağlı tədbir görəcəyini vurğulayıb.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO