Ermənistandan dəvət gəldi: Ərdoğan İrəvana gedəcək?

Ermənistandan dəvət gəldi: Ərdoğan İrəvana gedəcək?

Hazırda oxunan: Ermənistandan dəvət gəldi: Ərdoğan İrəvana gedəcək?

610284

Türkiyə mayın 4-də Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci sammitinə dəvət alıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan tərəfi daha əvvəl məlumat yayıb.
 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən ilin oktyabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrəvanda keçiriləcək sammitə dəvət olunduğunu açıqlamışdı. Onun sözlərinə görə, dəvət həmin mərhələdə şifahi şəkildə çatdırılmışdı, rəsmi sənədlərin isə daha sonra göndəriləcəyi bildirilmişdi.


Ermənistan Baş naziri Nikol Paşinyan da sonradan bu məsələni təsdiqləyib.

O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşlərindən birində onu 2026-cı ilin mayında İrəvanda keçiriləcək sammitə dəvət edib:

“Son illərdə Prezident Ərdoğanla tez-tez görüşmüşəm. Türkiyəyə iki dəfə səfər etmişəm, o cümlədən ilk rəsmi işgüzar səfərimi çox uğurlu hesab edirəm. Görüş zamanı Prezident Ərdoğanı 2026-cı ilin mayında İrəvanda keçiriləcək sammitdə iştirak etməyə dəvət etdim. Ümid edirəm ki, bu dəvət qəbul olunacaq”, - deyə Paşinyan bildirib.

Avropa İttifaqı Şurasının rəsmi məlumatına görə, Avropa Siyasi Birliyinin 8-ci sammiti mayın 4-də İrəvanda keçiriləcək. Tədbirin əsas şüarı “Gələcəyi qurmaq: Avropada birlik və sabitlik”dir. Sammitdə demokratik dayanıqlıq, bağlantı, iqtisadi və enerji təhlükəsizliyi məsələləri müzakirə olunacaq.

Hələlik Ərdoğanın sammitdə şəxsən iştirak edib-etməyəcəyi rəsmi şəkildə təsdiqlənməyib. Türkiyə tərəfi bununla bağlı yekun qərarını açıqlamayıb.

Ərdoğanın İrəvana mümkün səfəri Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi baxımından mühüm hadisə kimi qiymətləndirilə bilər. Xüsusilə son dövrlərdə Qars-Gümrü dəmir yolunun bərpası, sərhədin açılması və regional nəqliyyat əlaqələrinin genişləndirilməsi ilə bağlı təmaslar fonunda bu dəvət diqqət çəkir.

Qeyd edək ki, 2025-ci ilin iyununda Nikol Paşinyan Türkiyəyə səfər edərək İstanbulda Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü.

Reuters həmin görüşü iki ölkə arasında münasibətlərin normallaşdırılması və uzun illər bağlı qalan quru sərhədinin açılması istiqamətində mühüm addım kimi qiymətləndirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO