Erməni kəşfiyyatçı saxlanıldı

Erməni kəşfiyyatçı saxlanıldı

Hazırda oxunan: Erməni kəşfiyyatçı saxlanıldı

609742

Ermənistanda "Kandaz" ləqəbi ilə tanınan kəşfiyyatçı Artur Avanesyan Antikorrupsiya Komitəsinə aparılıb.

Bizim.Media "oxu.az"a istinadən xəbər verir ki, o, biznesmen və xeyriyyəçi Samvel Karapetyanın rəhbərlik etdiyi Güclü Ermənistan Partiyasının seçki kampaniyası ilə bağlı ehtimal olunan pozuntular üzrə işdə fiqurant kimi keçir.
 

Bildirilir ki, Avanesyan yaxın zamanda Karapetyanın komandasına qoşulub. O, Qarabağdakı keçmiş qondarma qurumun "müdafiə ordusu"nda uzun illər xidmət edib və azərbaycanlılara qarşı əməliyyatlarda kəşfiyyatçı kimi iştirak edib.


Qeyd edək ki, Güclü Ermənistan Partiyası bir sıra siyasi qüvvələrlə blok şəklində Mərkəzi Seçki Komissiyasına sənədlər təqdim edib. Ermənistanda parlament seçkisi iyunun 7-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO