Paşinyandan Rusiya ilə bağlı AÇIQLAMA

Paşinyandan Rusiya ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Paşinyandan Rusiya ilə bağlı AÇIQLAMA

607872

Ermənistan və Rusiya hərbi-texniki sahədə əldə edilmiş razılaşmaların icrasını davam etdirməklə bağlı razılığa gəlib.

Bizim.Media "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirdiyi brifinqdə bildirib.
 

"Rusiya ilə hərbi-texniki əməkdaşlığımız var idi, bu əməkdaşlıq müəyyən bir mərhələdə əhəmiyyətli dərəcədə azalmış və ya dayandırılmışdı", - Paşinyan deyib.


Baş nazirin sözlərinə görə, Moskvaya səfər və Rusiya Prezidenti Vladimir Putinlə görüş çərçivəsində hərbi-texniki əməkdaşlıqla bağlı əvvəllər əldə edilmiş razılaşmaların yerinə yetirilməsi barədə razılıq əldə edilib.

Xatırladaq ki, Paşinyan və Putin arasında aprelin 1-də baş tutan görüş liderlərin polemikası ilə yadda qalmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO