İran hava məkanını qismən açıb və bəzi hava limanlarının fəaliyyətini bərpa edib.
Bizim.Media xəbər verir ki, bu barədə Mülki Aviasiya İdarəsinə istinadən məlumat yayıb.
"İranın hava məkanının şərq hissəsindəki marşrutlar beynəlxalq reyslər üçün açıqdır", - qurumdan bildirilib.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb.
Aprelin 8-də isə ABŞ və İran arasında 2 həftəlik atəşkəs əldə olunub. Tərəflər arasında ilk görüş aprelin 11-də İslamabadda keçirilsə də, bu müzakirələrdən hər hansı yekun nəticə hasil olmayıb.
Bizim.Media




































































































