Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Hazırda oxunan: Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”
602660
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ankara regionda sülh və sabitliyin təmin olunması üçün dialoqun və diplomatik səylərin bərpasına bütün resurslarını səfərbər edib.

Bizim.Media  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rize vilayətinin sakinləri ilə görüşdə deyib.

Onun sözlərinə görə, İran ətrafındakı mövcud münaqişə regionda vəziyyəti daha da gərginləşdirib, son həftələrdə təkcə İranda deyil, Livanda da çoxsaylı itkilər qeydə alınıb.
 

“Livanda artıq azı min nəfər həlak olub, məcburi köçkünlərin sayı isə bir milyonu ötüb. Hadisələri diqqətlə izləməkdə davam edirik. Türkiyənin münaqişələrə cəlb olunmasının qarşısını almağa hədəflənmişik”, – deyə Türkiyə lideri bildirib.


Prezident Ərdoğan Pakistanla Əfqanıstan arasında qarşıdurmaya da diqqət çəkib:

“Türkiyə Ramazan bayramı dövründə atəşkəsin əldə olunması üçün İslamabad ilə Kabil arasında razılığa töhfə verib. Bu gün isə bu müvəqqəti sakitliyin daimi olmasına çalışırıq”.

Türkiyə Prezidenti region üçün çətin dövrün tezliklə geridə qalacağına ümidvar olduğunu da ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO