İrəvan meriyası tətil edən sürücüləri WhatsApp vasitəsilə işdən qovdu - VİDEO

İrəvan meriyası tətil edən sürücüləri WhatsApp vasitəsilə işdən qovdu - VİDEO

Hazırda oxunan: İrəvan meriyası tətil edən sürücüləri WhatsApp vasitəsilə işdən qovdu - VİDEO
223551
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanda tətil edən sürücülər WhatsApp tətbiqi vasitəsilə işdən çıxarılmaları barədə bildiriş alıblar.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə işdən çıxarılan sürücülərin özləri aldıqları bildirişi göstərərək bildiriblər.

İşdən çıxarılan sürücülərin sayı iyirmi nəfəri keçib.

Xatırladaq ki, “Yerevan Bus” QSC-nin sürücüləri iş şəraitinin yaxşılaşdırılması tələbi ilə dekabrın 3-ü səhər saatlarında elan olunmamış tətilə başlayıblar.

İrəvan meriyası sürücülərin tələblərini şantaj adlandırıb və onları cinayət məsuliyyəti ilə hədələyib.

Qeyd edək ki, baş nazir Nikol Paşinyan da yüksək vəzifə tutan bir neçə məmuru WhatsApp vasitəsi ilə işdən çıxarıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO