“Qarabağın açarı” təkcə Rusiyada deyil - Köçəryan Ter-Petrosyana cavab verdi

“Qarabağın açarı” təkcə Rusiyada deyil - Köçəryan Ter-Petrosyana cavab verdi

Hazırda oxunan: “Qarabağın açarı” təkcə Rusiyada deyil - Köçəryan Ter-Petrosyana cavab verdi
22324
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın keçmiş prezidenti, “Hayastan” blokunun lideri Robert Köçəryan Levon Ter-Petrosyanın Qarabağ münaqişəsinin həllinin açarının Rusiyanın əlində olduğu ilə bağlı səsləndirdiyi yanaşmaya münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.

Mənbə yazır ki, bu fikir ilk prezident Levon Ter-Petrosyan tərəfindən dəfələrlə ifadə edilib.

Çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Köçəryan belə bir açıqlama ilə qətiyyən razılaşmadığını vurğulayıb:

"Bu, həll yolunun açarı yalnız bir yerdə deyil. Bu, çox sadələşdirilmiş bir təfsirdir. Münaqişənin tərəfləri, orada iştirak edən aktyorlar və üç həmsədr var".

Köçəryana görə, Rusiya son hadisələrdə əhəmiyyətli rolu ilə seçilib:

“Ancaq açarın yalnız bir yerdə olduğunu düşünmək, çox primitivdir”.

Xatırladaq ki, Rusiya ABŞ və Fransa ilə yanaşı ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Erməni tərəfi Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrliyi formatında həllinə dair danışıqların bərpa olunmasının tərəfdarıdır.

Rəsmi Bakı isə bu münaqişənin artıq həll edildiyini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO