
- A-
- A
- A+
Numan Kurtulmuş: “Ermənistanın başqa şansı yoxdur”
Ermənistanın Azərbaycanla sülh şəraitində yaşamaqdan başqa şansı yoxdur.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycana səfərdən sonra jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasını istəyir:
“Ermənistanla Azərbaycan arasında problem Ermənistandakı ermənilərin deyil, Avropa və Amerikadakı erməni diasporu və o bölgədə sülh istəməyən çevrələrlə bağlıdır. 30 il ərzində ermənilərin işğalı altında olan Qarabağ bölgəsi 44 gün ərzində azad edildi.
Nikol Paşinyanın bunu qəbul edəcəyi anlamına gələn sözləri xüsusən erməni diasporu tərəfindən böyük təpgi ilə qarşılandı. Ermənistanın bu bölgədə Azərbaycanla sülh və barış şəraitində yaşamaqdan başqa bir şansı yoxdur".
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































