Putin ona yenidən prezident seçilməyə hüquq tanıyan qanunu imzaladı

Putin ona yenidən prezident seçilməyə hüquq tanıyan qanunu imzaladı

Hazırda oxunan: Putin ona yenidən prezident seçilməyə hüquq tanıyan qanunu imzaladı
16908
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya prezidenti Vladimir Putin ona o cümlədən yenidən prezidentliyə namizəd olma hüququnu verən qanunu imzalayıb. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, sənəd bu gün rəsmi hüquqi informasiya portalında dərc olunub. 

Qanunun bir sıra müddəaları Konstitusiyaya dəyişikliklər edilməsi məqsədi ilə hazırlanıb. Əsas qanunun maddələrindən birinə görə, eyni şəxsin Rusiya prezidenti vəzifəsini tuta biləcəyi müddət sayının limiti mövcud dövlət başçısına onun əvvəlki prezidentlik müddətləri nəzərə alınmadan tətbiq edilir.

 

MÖVZU İLƏ BAĞLI:

Putin ABŞ-da keçirilən onlayn sammitə qatılacaq – Bayden dəvət göndərdi


Beləliklə, bu, mövcud dövlət başçısına daha iki müddət prezidentlik vəzifəsini icra etməyə imkan verir. 

Sənəd dövlət başçısının azı 35 yaşı olan, ölkədə azı 25 il daimi yaşayan, eləcə də bundan əvvəl heç vaxt başqa dövlətin vətəndaşı olmayan və başqa dövlətdə yaşayış icazəsi olmayan Rusiya Federasiyasının vətəndaşı olmasını müəyyənləşdirir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO