Hansı ölkələr Türkiyəyə yardıma TƏLƏSİR? - SİYAHI

Hansı ölkələr Türkiyəyə yardıma TƏLƏSİR? - SİYAHI

Hazırda oxunan: Hansı ölkələr Türkiyəyə yardıma TƏLƏSİR? - SİYAHI

119206

Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra dünya ölkələri Ankaraya dəstək üçün səfərbər olub. Dünyanın bir çox ölkəsi Türkiyə yardıma qoşur. 

Qardaş ölkəyə ilk dəstək verən Azərbaycandır. Azərbaycandan Fövqəladə Hallar Nazirliyi xəttilə Türkiyəyə 370 canlı qüvvə və 8 axtarış-xilasetmə iti göndərilib.Habelə, biri yük, ikisi sərnişin təyyarəsi olmaqla 3 təyyarə Türkiyəyə uçub. Bu dəstək sonrakı dövrdə də davam edəcək.

Bundan başqa bütün ölkə ərazisində insanlarımız Türkiyəyə yardım kampaniyasıbna start veriblər.

Türkiyəyə yardım üçün gələn ölkələrdən biri də İngiltərədir. Bu ölkə zəlzələ zonasına 76 nəfərlik axtarış-xilasetmə qrupu göndərib. İsveçrə axtarış-xilasetmə işlərini həyata keçirmək üçün 80 nəfərlik bir qrup göndərməyə qərar verib.
Avstriyadan 80 əsgər bu gün Türkiyəyə göndərilib, bu ölkədən 25 xüsusi axtarış-xilasetmə qrupu zəlzələ bölgəsinə gələcək. Macarıstan zəlzələ bölgəsinə 50 nəfərlik bir qrup göndərəcəyini bildirib. Çexiya isə Türkiyəyə 68 nəfərlik axtarış-xilasetmə qrupu göndərib. 

Bolqarıstan 58 nəfərdən ibarət ekspert xilasetmə qrupunun Türkiyəyə hərəkət edəcəyini açıqlanıb. Həmçinin yataq dəsti, yastıq, yorğan, çarşaf, dəsmal və digər əşyalardan ibarət 1000 ədəd yataq dəstinin göndərilməyə hazır olduğu bildirilir. 

Hollandiya Eyndhovendən Türkiyəyə 15 tonluq ağır xilasetmə maşınları və digər ləvazimatları daşıyan yük təyyarəsinin yola düşəcəyini, 65 nəfər və 8 xilasedici itin başqa bir təyyarə ilə zəlzələ bölgəsinə göndəriləcəyini açıqlayıb.

İspaniya iki hərbi təyyarə ilə 90-dan çox xilasetmə və tibb qrupunun Türkiyəyə göndəriləcəyini açıqlayıb. İspaniyadakı “Sərhədsiz Yanğınsöndürənlər” təşkilatı kimi bəzi mülki yardım qrupları 10-15 nəfərlik qruplarla Türkiyəyə yardım üçün gedəcəklərini açıqlayıb. 
Almaniyanın müdafiə naziri Boris Pistorius da Twitter səhifəsində Almaniya ordusunun bu humanitar fəlakətdən zərər çəkənlərə sürətli dəstək verməyə hazır olduğunu bildirib.

Polşadan Türkiyəyə 76 yanğınsöndürən və 8 xilasedici it göndəriləcək. Rumıniya hökuməti də Türkiyəyə yardım qrupları göndərəcəyini açıqlayıb.

ABŞ prezidenti Co Bayden isə zəlzələlər üçün Türkiyə ilə koordinasiyalı şəkildə lazım olan bütün yardımı göstərməyi və zəlzələdən ən çox zərər çəkənlərə kömək etmək üçün Vaşinqtonun cavab variantlarını nəzərdən keçirməyi tapşırıb. 

Bundan başqa, Qətər, BƏƏ, Küveyt də Türkiyəyə dəstək verən ölkələr sırasındadır.  

Rusiya 100 nəfərlik axtarış-xilasetmə qrupunu daşıyan 2 İl-76 təyyarəsi Türkiyəyə göndərilməyə hazır olduğunu bildirib.

Yaponiya Türkiyəyə 15 nəfərlik xilasetmə qrupundan ibarət aparıcı qrupu göndərib.

İsrailin xarici işlər naziri Eli Koen təcili yardım paketinin hazırlandığını bildirib. Polşadan Türkiyəyə 76 yanğınsöndürən və 8 xilasedici it göndəriləcək. Qazaxıstan beynəlxalq təcrübəyə malik xilasedicilər və Fəlakət Təbabəti Mərkəzinin səhiyyə işçiləri ilə birlikdə 41 nəfərlik heyətlə Türkiyədədir.
Bundan başqa, Qətər, BƏƏ, Küveyt, Çin, Yunanıstan, İtaliya, Misir, Latviya, Litva, Livan, Əlcəzair, Malaziya, Hindistan, Pakistan da Türkiyəyə yardım göstərən ölkələr sırasındadır.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO