Ançelotti gedir, o gəlir

Ançelotti gedir, o gəlir

Hazırda oxunan: Ançelotti gedir, o gəlir
221012
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Real" rəhbərliyi Karlo Ançelottini istefaya göndərməyi nəzərdən keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Klub italiyalı mütəxəssisin gedəcəyi təqdirdə baş məşqçi vəzifəsinə müvəqqəti olaraq argentinalı Santiaqo Solari təyin etmək istəyir.

Solari hazırda Madrid təmsilçisində direktor vəzifəsini icra edir. "Real" rəhbərliyinin bu fikrinə səbəb isə Solarinin daha əvvəl (2018-2019-cu illərdə) komandanı çalışdırmış olmasıdır.

Ona görə də klub mütəxəssisin 2025-ci ildə Xabi Alonsonun baş məşqçi təyin olunmağına qədər "Real"a rəhbərlik etməyini istəyir.

Qeyd edək ki, Ançelotti 2021-ci ilin yayından "Real"ın baş məşqçisidir. Onun komandası hazırda La Liqanın turnir cədvəlində 27 xalla 2-cidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO