“Küçük Emrah”ın sərvəti gündəm oldu - 300-dən çox mənzili var?

“Küçük Emrah”ın sərvəti gündəm oldu - 300-dən çox mənzili var?

Hazırda oxunan: “Küçük Emrah”ın sərvəti gündəm oldu - 300-dən çox mənzili var?
0:00 / 0:00
645261
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Uşaq yaşlarından şöhrət qazanan və “Küçük Emrah” kimi tanınan türkiyəli müğənni Emrah Ərdoğan bu dəfə sərvəti ilə gündəmə gəlib.

Bizim.Media Türkiyə mətbuatının iddialarına istinadən xəbər verir ki, sənətçinin İstanbul və Bodrumda yüzlərlə mənzili var və aylıq kirayə gəliri təxminən 300 min dollar, yəni 10 milyon lirəyə çatır.

Bəzi məlumatlarda onun 200-dən çox, digərlərində isə 300-dən artıq mənzilə sahib olduğu bildirilir. 

İddialara əsasən, Emrah İstanbulda təxminən 3 milyon dollara idman kompleksi alıb. Daha sonra həmin binadakı 12 mağazanı və bir dubleks mənzili də əmlak portfelinə əlavə edib.

Sənətçinin İstanbulun Şişli rayonunda mənzil, Bodrumda isə təxminən 8 milyon lirə dəyərində villa aldığı da mətbuatda yer alan məlumatlar arasındadır.

Bununla yanaşı, onun vaxtilə təxminən 300 mənzilini sataraq daha iri layihələrə yönəltdiyi də iddia olunur. 

Hazırda Emrahın ümumi daşınmaz əmlakının sayı və aylıq kirayə gəlirinin dəqiq məbləği barədə təsdiqlənmiş məlumat yoxdur. 

Qeyd edək ki, Emrahın gəliri 2022-ci ildə məhkəmə prosesi zamanı da müzakirə olunub. Həmin vaxt sənətçinin aylıq gəlirinin təxminən 400 min lirə olduğu bildirilmişdi.

“Küçük Emrah”ın sərvəti gündəm oldu - 300-dən çox mənzili var? - foto 1
“Küçük Emrah”ın sərvəti gündəm oldu - 300-dən çox mənzili var? - foto 2
“Küçük Emrah”ın sərvəti gündəm oldu - 300-dən çox mənzili var? - foto 3
“Küçük Emrah”ın sərvəti gündəm oldu - 300-dən çox mənzili var? - foto 4


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO