Ukrayna ordusu Rusiyada raket yanacağı istehsal edən zavodu vurdu

Ukrayna ordusu Rusiyada raket yanacağı istehsal edən zavodu vurdu

Hazırda oxunan: Ukrayna ordusu Rusiyada raket yanacağı istehsal edən zavodu vurdu
645282
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Rostov vilayətində raket yanacağı istehsal edən “Kamenski” kombinatına zərbə endirib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, hücum oktyabrın 31-nə keçən gecə həyata keçirilib. Zərbə nəticəsində müəssisənin hazır məhsul anbarında yanğın baş verib, dörd istehsalat sexinə ziyan dəyib.

Əməliyyatda pilotsuz uçuş aparatlarından və Ukrayna Hərbi Dəniz Qüvvələrinin raket qoşunlarından istifadə olunub. Hücum zamanı, xüsusilə, “Neptun” sahil raket kompleksləri cəlb edilib.

“Kamenski” kombinatı bərk raket yanacağının istehsalı üzrə ixtisaslaşıb. Bu yanacaq “Uraqan”, “Smerç” və “Tornado-S” reaktiv yaylım atəşi sistemlərinin döyüş sursatlarında, eləcə də bir sıra raket sistemlərində və aviasiya silahlarında istifadə olunur.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO