Qurban Qurbanov onları cəzalandıracaq?

Qurban Qurbanov onları cəzalandıracaq?

Hazırda oxunan: Qurban Qurbanov onları cəzalandıracaq?
645309
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın futbolçuları Mateus Silva və Marko Yankoviç arasında yaşanan mübahisəyə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, baş məşqçi oyundan sonra keçirilən mətbuat konfransında futbolçuların cəzalandırılacağını vurğulayıb:

"Futbol emosional oyundur. Belə halları dünya futbolunda tez-tez görürük. Onlar komanda yoldaşı və dostdurlar. Həmişə bir yerdədirlər, bir-birlərinə qarşı müsbət münasibət bəsləyirlər. Hadisəni tam araşdırmamışam. Ola bilər ki, oyunda onları əsəbiləşdirən hansısa məqam olub. Bunu hələ bilmirik. Amma yüz faiz cəzalandırılacaqlar. Bu cür hallar komandanın nəticəsinə təsir edir".

Qeyd edək ki, Misli Premyer Liqasının 10-cu turunda keçirilən "Qəbələ" - "Qarabağ" qarşılaşmasının (0:0) gedişində iki futbolçu arasında mübahisə yaşanıb. Fasilədə Qurban Qurbanov hər iki oyunçunu əvəzləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO