Kraliçanın şəxsi avtomobili hərraca çıxarılır – Qiyməti

Kraliçanın şəxsi avtomobili hərraca çıxarılır – Qiyməti

Hazırda oxunan: Kraliçanın şəxsi avtomobili hərraca çıxarılır – Qiyməti
645285
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Böyük Britaniya Kraliçası II Elizabetə məxsus olmuş nadir “Bentley Mulsanne” avtomobili hərraca çıxarılacaq.

Bizim.Media xəbər verir ki, avtomobil “Broad Arrow Auctions” şirkətinin təşkil etdiyi “Zoute” hərracında satışa təqdim olunacaq.

Söhbət 2016-cı il istehsalı olan “Bentley Mulsanne Extended Wheelbase” sedanından gedir. Avtomobil xüsusi olaraq Kraliça II Elizabet üçün hazırlanıb.

Hərrac təşkilatçılarının məlumatına görə, nəqliyyat vasitəsinin yürüşü cəmi 6 min mil (təxminən 9,6 min kilometr) təşkil edir və texniki vəziyyəti əladır.

Avtomobilin ilkin qiyməti 400-450 min avro arasında dəyərləndirilir.

Uzadılmış təkər bazasına və yüksək komfort səviyyəsinə malik avtomobil Britaniya kral ailəsinin zövqünə uyğun hazırlanıb. Ekspertlər bu modelin kolleksiyaçılar və avtomobil tarixinin həvəskarları üçün xüsusi əhəmiyyət daşıdığını bildirirlər.

Belə avtomobillərin, xüsusilə az yürüşə və təsdiqlənmiş istifadə tarixinə malik nümunələrinin açıq hərraclarda satışa çıxarılması nadir hallarda baş verir. Hərracda dünyanın müxtəlif ölkələrindən olan kolleksiyaçıların iştirak edəcəyi və avtomobilin yekun satış qiymətinin ilkin proqnozları üstələyə biləcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO