Güclü qar yağışı bu əraziləri vurdu, həyat iflic oldu - ƏN SON görüntülər

Güclü qar yağışı bu əraziləri vurdu, həyat iflic oldu - ƏN SON görüntülər

Hazırda oxunan: Güclü qar yağışı bu əraziləri vurdu, həyat iflic oldu - ƏN SON görüntülər
0:00 / 0:00
645263
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə hava temperaturunun aşağı düşməsi ilə əlaqədar bir sıra bölgələrdə qar yağışı müşahidə olunur.

Bizim.Media xəbər verir ki, Muş və Qars vilayətlərində yağan qar ətrafı ağ örpəyə bürüyüb, nəqliyyatda ciddi çətinliklər yaradıb. Ərzurumda isə güclü qar yağışı hərəkəti iflic edib.

Muşda havanın temperaturunun aşağı düşməsi ilə 2550 metr yüksəklikdə yerləşən Çavuştəpə ərazisinə qar yağıb. Üçevlər kənd yolunun Çavuştəpə hissəsində qar yağışı səbəbindən nəqliyyatın hərəkəti çətinləşib. 10 kənd və 22 obaya gedən yolda təmizləmə işləri davam etdirilir.
 

Ərzurumda da intensiv qar yağışı sürücülərə çətin anlar yaşadıb. Bəzi nəqliyyat vasitələri yolda qalıb, digərləri isə sürüşkən yol səbəbindən idarəetmədən çıxaraq yoldan kənara düşüb. Qarsın Sarıqamış rayonunda isə iki gündür davam edən güclü yağış yüksək dağlıq ərazilərdə qarla əvəzlənib.


Mərkəzi Anadolunun zirvəsi kimi tanınan Erciyes dağında da qar yağışı müşahidə olunub. Havanın temperaturunun sıfır dərəcədən aşağı düşdüyü dağ ərazisi yağıntıdan sonra ağ rəngə bürünüb. (Musavat.com)

Güclü qar yağışı bu əraziləri vurdu, həyat iflic oldu - ƏN SON görüntülər - foto 1
Güclü qar yağışı bu əraziləri vurdu, həyat iflic oldu - ƏN SON görüntülər - foto 2
Güclü qar yağışı bu əraziləri vurdu, həyat iflic oldu - ƏN SON görüntülər - foto 3
Güclü qar yağışı bu əraziləri vurdu, həyat iflic oldu - ƏN SON görüntülər - foto 4
Güclü qar yağışı bu əraziləri vurdu, həyat iflic oldu - ƏN SON görüntülər - foto 5


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO