“Mən əməliyyatda olanda bacımın ürəyi gedib” - Video

“Mən əməliyyatda olanda bacımın ürəyi gedib” - Video

Hazırda oxunan: “Mən əməliyyatda olanda bacımın ürəyi gedib” - Video
645302
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Oğlum da, qızım da, bacım da etiraz etdi. Hara gedirdimsə, deyirdilər ki, əməliyyat etdirmə. Amma mən qərar vermişdim, özümü buna hazırlamışdım”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. 

Abdominoplastika əməliyyatı keçirən müğənni həmin vaxt yaşananlardan danışıb.

O bildirib ki, əməliyyat 8 saat davam edib. Sənətçi əməliyyatda olduğu müddətdə bacısının halı pisləşib:

“Bacım deyir ki, öldük-dirildik. Hətta mən gec çıxdım əməliyyatdan, bacımın ürəyi gedib”.

M. İsgəndərli konsertə hazırlaşdığı müddətdə də fəaliyyətini dayandırmadığını söyləyib.

O bildirib ki, ətrafındakılar ona konsertdən əvvəl iki ay dincəlməyi məsləhət görsələr də, son günə qədər toylara gedib:

“Hamı deyirdi ki, konsert verəndə iki ay dincəlməlisən. Amma mən axırıncı günə qədər toyda idim. Mənim sponsorım yox idi. Toya getməliydim ki, konsertin pulunu saxlayım”. (axsam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO