
- A-
- A
- A+
Dünya
21:03 / 31.10.2026
1 dəq oxunma
Ukrayna və Türkiyə Qara dənizdə təhlükəsizliyin təminatı ilə bağlı birgə layihələr hazırlayacaq
Hazırda oxunan: Ukrayna və Türkiyə Qara dənizdə təhlükəsizliyin təminatı ilə bağlı birgə layihələr hazırlayacaq
645310
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə ilə Qara dəniz regionunda təhlükəsizliyin təmin olunması istiqamətində yeni ideya və təklifləri müzakirə etdiklərini bildirib.
Bizim.Media xəbər verir ki, Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında Ankaraya Ukraynanın suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstəyinə görə təşəkkür edib.
O, Ukrayna və Türkiyənin müdafiə və müdafiə sənayesi sahəsində təbii müttəfiqlər olduğunu vurğulayıb.
Zelenski, həmçinin iki ölkə arasında yeni birgə sənaye və iqtisadi layihələr üzərində iş aparıldığını qeyd edib. O, əməkdaşlığın gələcəkdə daha da güclənəcəyinə əminliyini ifadə edib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
































































































