Qubadlıda ilk su elektrik stansiyası tikilir – FOTO/VİDEO

Qubadlıda ilk su elektrik stansiyası tikilir – FOTO/VİDEO

Hazırda oxunan: Qubadlıda ilk su elektrik stansiyası tikilir – FOTO/VİDEO
0:00 / 0:00
645234
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qubadlı rayonunda Bərgüşad çayı üzərində 5,3 meqavat gücündə “Eyvazlı” Su Elektrik Stansiyası tikilir.

Bizim.Media xəbər verir ki, bu barədə “AzərEnerji” ASC məlumat yayıb.

Məlumata görə, dövlət başçısının tapşırığına uyğun olaraq, “AzərEnerji” tərəfindən inşa edilən stansiya Qubadlı rayonunun tarixində yaradılan ilk su elektrik stansiyası olacaq.

Stansiyanı dayanıqlı su ilə təmin etmək üçün Bərgüşad çayı üzərində ekoloji normalara uyğun baş suqəbuledici qurğu inşa edilib. Mürəkkəb relyef şəraitində uzunluğu 5,3 km məsafədə derivasiya boru xətti çəkilib, maşın zalının tikintisi başa çatdırılıb.
 

Hazırda stansiyada turbin və generatorların, eləcə də 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğuların montajı həyata keçirilir. İki ədəd Frensis tipli turbinlə təchiz olunacaq “Eyvazlı” SES-də tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda yekunlaşdırılması nəzərdə tutulur.


“Eyvazlı” SES “AzərEnerji” tərəfindən 2021-ci ildə tikilərək istismara verilmiş 110 kilovoltluq “Qubadlı” yarımstansiyası vasitəsilə ölkənin vahid enerjisisteminə qoşulacaq.

Yeni tikilən SES-in istismara verilməsi ilə Qubadlı rayonu da, işğaldan azad edilmiş ərazilərdə “yaşıl” hidroenerji istehsal edən rayonların sırasına qoşulacaq. Stansiyada ildə 15,6 milyon kilovat-saat ekoloji cəhətdən təmiz “yaşıl enerji”nin istehsalı, 3,5 milyon kubmetr təbii qaza qənaət edilməsi və atmosferə atılan 6400 ton karbon qazı emissiyasının qarşısının alınması nəzərdə tutulur.



Qubadlıda ilk su elektrik stansiyası tikilir – FOTO/VİDEO - foto 1
Qubadlıda ilk su elektrik stansiyası tikilir – FOTO/VİDEO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO