Ceyhun Bayramov TDT sammitində çıxış etdi – Sülh sazişi ilə bağlı çağırış - Foto

Ceyhun Bayramov TDT sammitində çıxış etdi – Sülh sazişi ilə bağlı çağırış - Foto

Hazırda oxunan: Ceyhun Bayramov TDT sammitində çıxış etdi – Sülh sazişi ilə bağlı çağırış - Foto
0:00 / 0:00
645183
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin paytaxtı Ankarada keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşündə iştirak edib.

Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən nazir Ceyhun Bayramov Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Türkiyə tərəfinə təşəkkürünü bildirib, Türkiyə xalqını Cümhuriyyətin 103-cü ildönümü münasibətilə bir daha təbrik edib.

Azərbaycanın keçən bir il ərzində TDT-yə sədrliyi dövründə əsas prioritetin “Regional sülh və təhlükəsizlik” olduğunu bildirən nazir beynəlxalq münaqişələrin vüsət aldığı, təhlükəsizlik təhdidlərinin artdığı, beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu hazırkı şərtlərdə sözügedən prioritetin aktuallığını vurğulayıb.

Ölkəmizin öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etdiyi, münaqişəyə son qoyduğu, Azərbaycan tərəfindən irəli sürülmüş prinsiplər əsasında hazırlanmış sülh sazişi mətninin ötən il paraflandığı qeyd olunaraq, sazişin imzalanması üçün Ermənistanın zəruri siyasi və hüquqi addımlar atmasının vacibliyi vurğulanıb.

Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığı, müasir infrastrukturun yaradıldığı, təxminən 100 min nəfərin həmin ərazilərdə yaşadığı, işlədiyi və təhsil aldığı bildirilib.

Azərbaycanın TDT-yə sədrliyi çərçivəsində xarici işlər nazirlərinin, Təhlükəsizlik Şuraları katiblərinin və eləcə də müdafiə sənayesi qurumları rəhbərlərinin görüşlərinin keçirildiyi diqqətə çatdırılıb. Müdafiə sənayesi sahəsində 2027-ci il üçün Əməkdaşlıq Yol Xəritəsinin qəbul edildiyi vurğulanıb.

TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsinin əsas prioritetlərdən olduğu bildirilib. Orta Dəhlizin inkişafı, Zəngəzur dəhlizinin reallaşdırılması, nəqliyyat bağlantılarının genişləndirilməsi, qarşılıqlı investisiyalar və birgə layihələrin ticarət və sənaye sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaratdığı qeyd olunub.

Azərbaycanın ənənəvi enerji resurslarının etibarlı təchizatçısı kimi rolunu davam etdirməklə yanaşı, Mərkəzi Asiya ilə Avropa arasında yaşıl enerji və rəqəmsal bağlantıların inkişafına töhfə verdiyi vurğulanıb.

Sədrliyimiz dövründə, həmçinin Bakıda Mərkəzi Banklar Şurasının, həmçinin Maliyyə Monitorinqi Xidmətləri rəhbərlərinin görüşlərinin keçirildiyi, müvafiq əməkdaşlıq platformasının yaradıldığı bildirilib.

Ortaq tarix, dil və mədəni irsin qorunmasının əhəmiyyətinə toxunularaq, bu il Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin, eləcə də Müsəlman Dini İdarələri rəhbərləri Şurasının toplantısının keçirildiyi qeyd olunub.

TDT-nin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından TDT+ formatının əhəmiyyəti vurğulanıb, Təşkilatın BMT Baş Assambleyasında müşahidəçi statusu qazanması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonda C.Bayramov Azərbaycanın sədrliyi dövründə göstərdikləri dəstəyə görə üzv dövlətlərə təşəkkür edib, Türkiyəyə sədrliyi müddətində uğurlar arzulayıb.

Təşkilatın inkişafına verdiyi töhfələrə görə Baş katib Kubanıçbek Ömüralıyevə minnətdarlıq ifadə olunub. Eyni zamanda, yeni Baş katib Mirvoxid Azimov təyinatı münasibətilə təbrik edilib və ona fəaliyyətində uğurlar arzulanıb.

Sonda Ankara Bəyannaməsi qəbul olunub.

Ceyhun Bayramov TDT sammitində çıxış etdi – Sülh sazişi ilə bağlı çağırış - Foto - foto 1
Ceyhun Bayramov TDT sammitində çıxış etdi – Sülh sazişi ilə bağlı çağırış - Foto - foto 2
Ceyhun Bayramov TDT sammitində çıxış etdi – Sülh sazişi ilə bağlı çağırış - Foto - foto 3
Ceyhun Bayramov TDT sammitində çıxış etdi – Sülh sazişi ilə bağlı çağırış - Foto - foto 4
Ceyhun Bayramov TDT sammitində çıxış etdi – Sülh sazişi ilə bağlı çağırış - Foto - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO