“Yuventus” Spalettinin əvəzləyicisini tapdı

“Yuventus” Spalettinin əvəzləyicisini tapdı

Hazırda oxunan: “Yuventus” Spalettinin əvəzləyicisini tapdı
645274
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Yuventus” baş məşqçi postunda dəyişiklik etmək ehtimalını nəzərdən keçirir.

Bizim.Media xəbər verir ki, Turin təmsilçisi almaniyalı mütəxəssis Yulian Naqelsmannla əlaqə saxlayıb və onu baş məşqçi vəzifəsi üçün əsas namizədlərdən biri kimi müəyyənləşdirib.

Bu barədə jurnalist Rudi Qaletti X sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Naqelsmann gələcəyi ilə bağlı bir neçə variantı nəzərdən keçirir və “Yuventus”un təklifinə müsbət yanaşıb.

39 yaşlı mütəxəssisin son iş yeri Almaniya millisi olub. O, 2023-2026-cı illərdə yığmaya rəhbərlik edib. Klub səviyyəsində isə sonuncu dəfə 2021-2023-cü illərdə “Bavariya”nı çalışdırıb.

Qeyd edək ki, hazırda “Yuventus”un baş məşqçisi Luçano Spalettidir. Komanda A seriyasında 9 turdan sonra 14 xalla 8-ci pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO