
- A-
- A
- A+
ABŞ-ın xəbərdarlığından sonra Moskvada muzey təcili təxliyə edildi - Video
Moskvadakı “Tsaritsino” muzey-qoruğunda terror təhlükəsi ilə əlaqədar təcili təxliyə elan olunub.
Bizim.Media xəbər verir ki, bu barədə “Fontanka” nəşri məlumat yayıb.
Məlumata görə, orada keçirilən konsertin başa çatmasına 10 dəqiqə qalmış muzey-qoruqda təxliyəyə başlanılıb.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ABŞ tərəfinin tərəfdaşlıq kanalları vasitəsilə Moskvada terror aktı hazırlığı barədə məlumat verdiyini açıqlayıb. Qurumun məlumatına görə, bununla bağlı müvafiq tədbirlər görülür.
Yerli mənbələr hadisə yerinə 100-ə yaxın hüquq-mühafizə orqanı əməkdaşının cəlb olunduğunu bildirirlər.
Qeyd edək ki, bundan əvvəl ABŞ-nin Moskvadakı səfirliyi oktyabrın 31-də “Tsaritsino” muzey-qoruğunda çoxsaylı insan tələfatına səbəb ola biləcək hadisə təhlükəsi barədə xəbərdarlıq etmişdi.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































