Almaniyada kütləvi etiraz həyəcanı: Polis həyəcan siqnalı verdi - Video

Almaniyada kütləvi etiraz həyəcanı: Polis həyəcan siqnalı verdi - Video

Hazırda oxunan: Almaniyada kütləvi etiraz həyəcanı: Polis həyəcan siqnalı verdi - Video
645276
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniyada bu gün “Z nəsli”nin kütləvi etiraz aksiyalarının keçirilməsi gözlənilir. Polis mümkün iğtişaşların qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini gücləndirir.

Bizim.Media xəbər verir ki, ölkə üzrə “Gen Z regelt” (“Z nəsli qərar verir”) hərəkatının təşkilatçılığı ilə 35 etiraz aksiyasının keçirilməsi planlaşdırılır.

Ən böyük aksiyaların Berlin, Köln, Frankfurt, Ştutqart, Hamburq, Düsseldorf və Münhendə baş tutacağı gözlənilir.

Etirazçılar yaşayış xərclərinin artmasına, məcburi hərbi xidmətin yenidən tətbiqi ehtimalına və dövlət nəzarətinin gücləndirilməsinə qarşı çıxırlar. Onlar, həmçinin iqlim dəyişikliyi ilə mübarizənin daha da fəallaşdırılmasını tələb edirlər. Təşkilatçıların saytında aksiyalarda iştirak edəcəyini bildirənlərin sayı 160 mini ötüb. 

Polis mümkün qarşıdurmalarla əlaqədar təhlükəsizlik tədbirlərini artırır. Berlində küçələrə əlavə olaraq 1500 hüquq-mühafizə orqanı əməkdaşı çıxarılacaq.

Brandenburq darvazası yaxınlığında keçiriləcək aksiyaya təxminən 10 min nəfərin qatılacağı gözlənilir. Frankfurtda isə solçu ekstremistlərin aksiyalara qoşula biləcəyindən ehtiyat edirlər.

Şəhər mərkəzindəki bəzi mağazalar artıq vitrinlərini taxta lövhələrlə qorumağa başlayıb.

Bununla belə, aksiyaların təşkilatçıları etirazların dinc xarakter daşıyacağını bəyan edərək zorakılığa qarşı olduqlarını bildiriblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO