Moskva ilə Bakı arasında kruiz gəmisi fəaliyyət göstərəcək

Moskva ilə Bakı arasında kruiz gəmisi fəaliyyət göstərəcək

Hazırda oxunan: Moskva ilə Bakı arasında kruiz gəmisi fəaliyyət göstərəcək
0:00 / 0:00
645259
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yaxın gələcəkdə Moskva ilə Bakı arasında kruiz layneri fəaliyyət göstərəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyasının ölkəmizdəki ticarət nümayəndəsi Adam Xakimov açıqlama verib.

A.Xakimov "Zvezda" telekanalının "Voennaya priemka" verilişinə müsahibəsində bildirib ki, qısa müddət ərzində Moskva - Bakı marşrutu üzrə kruiz laynerinin fəaliyyətə başlaması planlaşdırılır.
 

Ticarət nümayəndəsinin sözlərinə görə, su yolu ilə həyata keçiriləcək bu səfər ümumilikdə 14 gün davam edəcək: yeddi gün gediş və yeddi gün dönüşə sərf ediləcək. Xakimov əlavə edib ki, bu səyahətlər lüks sinfə aid gəmilərlə təşkil olunacaq.


Layihə birbaşa dövlət dəstəyi ilə həyata keçirilir və gəmilərin inşasına Rusiyanın Sənaye və Ticarət Nazirliyi tərəfindən subsidiya ayrılır.

"Hazırda tam istifadəyə yararlı bir gəmi mövcuddur və daha iki gəminin inşası başa çatmaq üzrədir. Bu layihə uğur qazanarsa, digər iki gəminin də Bakı istiqamətində hərəkət etməsinə ümid edirik", - deyə nümayəndə vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO