Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir

Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir

Hazırda oxunan: Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir
0:00 / 0:00
645266
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir. 1800 Azərbaycan vətəndaşı ölümündən sonra orqanlarını bağışlayıb. Yəni reyestrdə var. Beyin ölümü həmin insanlarda baş verərsə, orqanlarının götürülməsinə icazə vermək kimi böyük yük ailə üzvlərinin çiynindən götürülmüş olur.

Bizim.Media xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova jurnalistlərə açıqlamasında deyib.

“Hazırda ürək transplantasiyası gözləyən 50-dən çox şəxs var. Dünən iki belə xəstə dünyasını dəyişdi. Hər il 50-60 qaraciyər gözləyən xəstəmiz vəfat edir. Hər il onlarla ürək gözləyən xəstələri itiririk. Yəni bu insanların gözü yoldadır. Buna görə əgər beyin ölümü diaqnozu qoyulursa, bu, iki həkim, komissiya tərəfindən təsdiq olunursa, həmin insanların yaxınlarına üz tutub deyirəm ki, xeyirxahlıq edək. Özümüz əziyyət çəksək belə digər insanlara həyat verək", - deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO