
- A-
- A
- A+
Başqa yolumuz yox idi – Tusk
Polşa hökumətinin Konstitusiya Məhkəməsi ilə bağlı vəziyyəti həll etmək üçün başqa seçimi yox idi.
Bizim.Media xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk məhkəmənin müvəqqəti sədri Boqdan Şvençkovskinin vəzifədən azad edilməsi ilə bağlı X hesabında yazıb:
"Qanunun aliliyini bərpa etmək bizim borcumuzdur. Qanun və Ədalət Partiyası tərəfindən illərlə davam edən qanunsuzluqdan sonra bu, qətiyyətli tədbirlər tələb edən mürəkkəb, bəzən ağrılı bir prosesdir. Başqa yol yoxdur".
Xatırladaq ki, dünən Polşa ədliyyə naziri Valdemar Žurek Şvençkovskinin vəzifədən uzaqlaşdırılması və toxunulmazlığının ləğvi üçün vəsatət qaldırıb. Məhkəmə ərazisini qorumaq üçün əlavə polis qüvvələri yerləşdirilib.
Etirazçılar məhkəmə binasının qarşısında toplaşaraq hüquq-mühafizə orqanları tərəfindən ucaldılmış hasarı aşmağa cəhd ediblər. Vəziyyəti nəzərə alaraq Polşa prezidenti Karol Navrotski Seneqala uçuşunu ləğv edib Varşavaya qayıtmaq qərarına gəlib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































