ABŞ-da ticarət mərkəzində atışma - Ölənlər var - Video

ABŞ-da ticarət mərkəzində atışma - Ölənlər var - Video

Hazırda oxunan: ABŞ-da ticarət mərkəzində atışma - Ölənlər var - Video
0:00 / 0:00
645253
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın Kaliforniya ştatının Feyrfild şəhərində yerləşən "Solano Town Center" ticarət mərkəzində atışma baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb. İnsident nəticəsində azı bir nəfər ölüb, daha altı nəfər yaralanıb.
 

Polisin məlumatına görə, hadisə oktyabrın 30-da yerli vaxtla saat 20:30 radələrində (31 oktyabr, Bakı vaxtı ilə saat 07:30) "Spirit Halloween" mağazasında baş verib. Atışma nəticəsində yeddi nəfər odlu silahdan açılan atəşlə yaralanıb, onlardan biri xəstəxanaya çatdırılarkən yolda vəfat edib. Digər altı yaralı xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti kritik qiymətləndirilir.


Şübhəlinin şəxsiyyəti hələlik müəyyən edilməyib. Polis hadisə ilə bağlı araşdırma aparır. Qonşu Suisun-Siti şəhərinin meri Alma Ernandes hüquq-mühafizə orqanlarının şübhəlini axtardığını bildirib və sakinləri ayıq-sayıq olmağa, yalnız rəsmi məlumat mənbələrindən istifadə etməyə çağırıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO