Türkiyə sərhədində atışma - Hərbçi şəhid oldu

Türkiyə sərhədində atışma - Hərbçi şəhid oldu

Hazırda oxunan: Türkiyə sərhədində atışma - Hərbçi şəhid oldu
0:00 / 0:00
645245
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda sərhəd pozuntusu ilə bağlı əməliyyatda güllə yarası alan əsgər Yusuf Sair Ünlü şəhid olub.

Bizim.Media "Haber Global"a istinadən xəbər verir ki, xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq, hərbçinin həyatını xilas etmək mümkün olmayıb.

Türkiyənin Milli Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:

"Oktyabrın 31-də 7-ci Sərhəd Briqadasının Hakkarinin Yüksekova rayonunda sərhəd pozuntusu hadisəsinə müdaxilə zamanı açılan atəşdən yaralanan silahdaşımız, müqaviləli piyada əsgər Yusuf Sait Ünlü helikopterlə Hakkari xəstəxanasına çatdırılıb. Lakin həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o, şəhid olub. Bizləri dərin kədər və hüznə boğan bu hadisədə həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və nəcib xalqımıza başsağlığı və səbir diləyirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO