Bakı-Quba yolunda ağır qəza: Xəsarət alan var – Video

Bakı-Quba yolunda ağır qəza: Xəsarət alan var – Video

Hazırda oxunan: Bakı-Quba yolunda ağır qəza: Xəsarət alan var – Video
0:00 / 0:00
645226
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gecə saat 1 radələrində Bakı-Quba yolunun 96-cı km-də, Siyəzən rayonu ərazisində yol qəzası qeydə alınıb. Quba istiqamətinə gedən “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq aşıb.

Bizim.Media-nın əməkdaşının hadisə yerindən verdiyi məlumata görə,  yoldan keçən maşınların sürücüləri aşan avtomobildən sürücünü çıxarmağa müvəffəq olublar.
Sürücü Siyəzən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, aşan “VAZ-2107” markalı avtomobilin sürücüsü Şəki rayonunun Baş Göynük kənd sakini, 21 yaşlı Coşqun Əhmədovdur. O, hazırda xəstəxanada müayinələrini davam etdirir.

Qəzanın başvermə səbəbi araşdırılır.

Müşahidələrimizə görə, həmin vaxt Bakı-Quba yolunda hərəkət edən TIR-lar və yük maşınları yüksək sürətlə hərəkət edib. Qəzanın bu səbəbdən baş verməsi qaçılmaz olub.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO