
- A-
- A
- A+
“Avroviziya-2027”də kimlər olacaq? - 36 ölkənin adı açıqlandı
Avropa Yayım Birliyi (EBU) “Avroviziya-2027” mahnı müsabiqəsində iştirakını təsdiqləyən 36 ölkənin rəsmi siyahısını açıqlayıb.
Bizim.Media xəbər verir ki, siyahıda Azərbaycanla yanaşı, Avstraliya, Avstriya, Albaniya, Ermənistan, Belçika, Bolqarıstan, Böyük Britaniya, Almaniya, Yunanıstan, Gürcüstan, Danimarka, İsrail, İtaliya, Kanada, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Moldova, Norveç, Polşa, Portuqaliya, Rumıniya, San-Marino, Şimali Makedoniya, Serbiya, Ukrayna, Finlandiya, Fransa, Xorvatiya, Monteneqro, İsveç, İsveçrə və Estoniya yer alıb.
Bir sıra Avropa yayımçılarının boykot qərarına baxmayaraq, İsrail də müsabiqənin iştirakçıları arasında yer alıb. Gələnilki yarışmada ilk dəfə Kanada da təmsil olunacaq. Şimali Makedoniya isə 4 illik fasilədən sonra müsabiqəyə qayıdacaq.
İrlandiyanın RTÉ yayım şirkəti Qəzza zolağındakı vəziyyətə görə müsabiqədə iştirakdan və onun yayımlanmasından tamamilə imtina edib. Niderland da yarışmaya təmsilçi göndərməmək qərarına gəlib.
Bununla belə, ölkənin telekanalları yarımfinal və final mərhələlərini yayımlayacaq. Niderlandın yayım şirkətinin rəhbəri qərarı belə izah edib:
“Hazırda bir addım geri çəkilməyi qərara aldıq”.
İspaniya və Sloveniya hələ yekun qərar verməyib. Onlara mövqelərini müəyyənləşdirmək üçün dekabr ayınadək vaxt verilib. Çexiya isə maliyyə səbəblərinə görə müsabiqədə iştirak etməyəcək.
“Avroviziya-2027” Bolqarıstanın Burqas şəhərindəki “Arena Burgas” kompleksində keçiriləcək.
Yarımfinal mərhələləri mayın 11-də və 13-də, böyük final isə mayın 15-də baş tutacaq.
Qeyd edək ki, İsrail 1973-cü ildən “Avroviziya”da iştirak edir. 1956-cı ildə əsası qoyulan müsabiqənin əsas məqsədi İkinci Dünya müharibəsindən sonra Avropa ölkələrini musiqi vasitəsilə birləşdirmək olub.
Təşkilat komitəsi bildirir ki, yayım şirkətlərinin məsləhətləşmələri davam etdiyindən iştirakçı ölkələrin siyahısında yaz mövsümünədək dəyişikliklər ola bilər.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































