Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı

Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı

Hazırda oxunan: Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
645287
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Əl-Nəsr”in kapitanı Kriştiano Ronaldu beşinci il ardıcıl “Qızıl top”un “Ən yaxşı gənc futbolçu” nominasiyası üzrə səsverməsində iştirak etməyib.

Bizim.Media xəbər verir ki, "L'Équipe" nəşrinin məlumatına görə, 40 yaşlı futbolçu "France Football" jurnalı ilə yaşadığı münaqişəyə görə səsverməni boykot edir.

Məlumata görə, sabiq futbolçular Zinəddin Zidan və Mişel Platini də bu nominasiyada səs verməyiblər.

Qeyd edək ki, bu il mükafata “Barselona”nın hücumçusu Lamin Yamal layiq görülüb.

Xatırladaq ki, 2021-ci ildə "France Football" jurnalının sabiq baş redaktoru Paskal Ferre Ronaldunun əsas məqsədinin Messidən daha çox “Qızıl top” qazanaraq karyerasını başa vurmaq olduğunu iddia etmişdi. Ronaldo isə bu açıqlamanı təkzib edərək Ferreyi yalan danışmaqda ittiham etmiş və mükafatla bağlı tədbirləri boykot etməyə başlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO