Şəkidə icra nümayəndəsi sədrin başına butulka çırpdı - FOTO/VİDEO

Şəkidə icra nümayəndəsi sədrin başına butulka çırpdı - FOTO/VİDEO

Hazırda oxunan: Şəkidə icra nümayəndəsi sədrin başına butulka çırpdı - FOTO/VİDEO
0:00 / 0:00
645256
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəki rayonu Oxud kənd bələdiyyəsinin sədrinə xəsarət yetirilib.

Bizim.Media Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə oktyabrın 30-da axşam saatlarında baş verib.

Kənddə toydan əvvəlki axşam məclisində (“Ciyər axşamı”nda) Şəki Rayon İcra Hakimiyyəti Başçısının Oxud kəndi üzrə icra nümayəndəsi Oruc Əhmədov kəndin bələdiyyə sədri Tərlan Səlimovla mübahisə edib. Mübahisə zamanı icra nümayəndəsi bələdiyyə sədrinin başına şüşə butulka vurub. Həmin vaxt icra nümayəndəsinin içkili olduğu bildirilir.
 

Məlumata görə, sərxoş olan icra nümayəndəsi uca səslə atmacalı sözlər deyib. Bələdiyyə sədri isə icra nümayəndəsinin hərəkətlərinə irad bildirib.


Bundan qəzəblənən Oruc Əhmədov stolun üstündəki şüşə butulkanı Tərlan Səlimovun başına çırpıb. Xəsarət alan bələdiyyə sədri xəstəxanaya müraciət edib və onun başına tikiş qoyulub.

Oruc Əhmədovun qaynının Şəki Rayon İcra Hakimiyyətində şöbə müdiri işlədiyi bildirilir.

Faktla bağlı rayon hüquq-mühafizə orqanlarında araşdırma başlanıb.



Şəkidə icra nümayəndəsi sədrin başına butulka çırpdı - FOTO/VİDEO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO