Azərbaycanda “Apple” istifadəçilərinə xəbərdarlıq edildi: Hesablarınız ələ keçirilir

Azərbaycanda “Apple” istifadəçilərinə xəbərdarlıq edildi: Hesablarınız ələ keçirilir

Hazırda oxunan: Azərbaycanda “Apple” istifadəçilərinə xəbərdarlıq edildi: Hesablarınız ələ keçirilir
645275
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Apple” şirkətinin bəzi cihazlarında istifadəçilərin məlumatlarının təhlükəsizliyini təhdid edən kritik boşluq aşkarlanıb.

Bizim.Media xəbər verir ki, Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) bununla bağlı istifadəçilərə xəbərdarlıq edib. 

Bildirilib ki, Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir:

“"iOS", "iPadOS" və "macOS" əməliyyat sistemlərinin müəyyən versiyalarında qeydə alınmış bu boşluq kiberdələduzların cihazları ələ keçirməsinə şərait yaradır”.

Məlumata görə, hazırda vətəndaşlara xarici nömrələrdən zənglər edilir, "WhatsApp" və "Telegram" hesablarına aldadıcı mesajlar vasitəsilə zərərli fayllar göndərilir:

“Həmin fayllar əməliyyat sistemlərinin son yenilənmiş versiyalarını istifadə etməyən vətəndaşların cihazlarının dələduzlar tərəfindən ələ keçirilməsinə yol açır. Bu da istifadəçi məlumatlarının icazəsiz əldə edilməsi ilə nəticələnə bilər”.

Milli Kibertəhlükəsizlik Agentliyi istifadəçilərə iPhone, iPad və Mac cihazlarının əməliyyat sistemlərini ən son versiyaya yeniləməyi, avtomatik yeniləmələri aktivləşdirməyi, eləcə də naməlum və etibarsız mənbələrdən əldə edilən faylları açmamağı tövsiyə edib. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO