Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayırmaq niyyətindədir

Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayırmaq niyyətindədir

Hazırda oxunan: Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayırmaq niyyətindədir
0:00 / 0:00
645264
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa Komissiyası (AK) cümə günü Ukraynaya 2027-ci il üçün nəzərdə tutulan 45 milyard avro həcmində kreditin qalan hissəsinin ayrılmasının təsdiqlənməsi barədə təklifi Aİ Şurasına təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

“Bu təkliflə Ukrayna üçün son dərəcə vacib olan proqnozlaşdırıla bilən maliyyələşməni təmin edir və ən mühüm dövlət xidmətlərinin fəaliyyətini dəstəkləməyə kömək edirik. Ukraynaya dəstəyin gücləndirilməsi Monrealda keçirilən Aİ-Kanada sammitinin əsas gündəm məsələlərindən biridir. Müttəfiqlərimizlə birlikdə Rusiyaya təzyiqi artırmaq üçün əlimizdən gələni etməliyik”, – deyə AK-nin sədri Ursula fon der Lyayen bildirib.
 

Avropa Komissiyasının kommünikesində bildirilib ki, Ukraynanın 26 oktyabr 2026-cı ildə təqdim etdiyi maliyyələşdirmə strategiyasına müsbət qiymət verildikdən sonra oktyabrın 30-da qəbul edilmiş Aİ Şurasının qərar layihəsində Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avro həcmində kreditin qalan 45 milyard avrosunun 2027-ci il dekabrın 31-dək təqdim edilməsi nəzərdə tutulur.


“Sözügedən vəsaitin 13,3 milyard avroyadək hissəsi büdcə dəstəyinə, 31,7 milyard avrosu isə Ukraynanın müdafiə sənayesi potensialının inkişafına yönəldiləcək. Büdcə dəstəyinin göstərilməsi qanunun aliliyi, korrupsiyaya qarşı mübarizə və iqtisadi dayanıqlılıqla bağlı ciddi meyarların yerinə yetirilməsindən asılı olacaq”, – deyə sənəddə qeyd olunub.

AK-nin Ukraynaya 2027-ci il üçün yardımın təsdiqlənməsinə dair təklifi yekun qərarın qəbul edilməsi üçün Aİ Şurasına göndəriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO