Pərviz Şahbazov: “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizinin qurulmasına başlamışıq”

Pərviz Şahbazov: “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizinin qurulmasına başlamışıq”

Hazırda oxunan: Pərviz Şahbazov: “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizinin qurulmasına başlamışıq”
220753
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan Mərkəzi Asiya ölkələri ilə regional bərpa olunan enerji layihələrinin həyata keçirilməsində əməkdaşlığa böyük önəm verir”.

Bizim.Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Mərkəzi Asiya üçün Enerjiyə Keçid İnvestisiya Forumu”nda bildirib.

“Son illərdə Mərkəzi Asiya ölkələri regionun zəngin bərpa olunan enerji resurslarından istifadə etmək və enerji dayanıqlılığı üçün vacib həllər təklif etmək məqsədilə əhəmiyyətli layihələr həyata keçirirlər. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə regional bərpa olunan enerji layihələrinin həyata keçirilməsində əməkdaşlığa böyük önəm verir.
 

Bu kontekstdə biz Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Layihəsinin reallaşdırılması üçün strateji təşəbbüs üzrə əməkdaşlığa başlamışıq. Bu təşəbbüs ölkələrin yaşıl enerji keçidindəki rolunu artırmağa və enerji təhlükəsizliyini gücləndirməyə yönəlib. Bu səylər beynəlxalq investorlar üçün cəlbedici imkanlar yaradır”, – o vurğulayıb.


Nazirin sözlərinə görə, IRENA regionda yaşıl və inklüziv iqtisadi transformasiyaya nail olmaq məqsədilə Mərkəzi Asiyada Bərpa Olunan Enerji üçün Sürətləndirilmiş Tərəfdaşlıq adlı təşəbbüsü başladır:

“İnanırıq ki, əsas maneələri aradan qaldırmaqla və regional əməkdaşlığı gücləndirməklə, bu tərəfdaşlıq Mərkəzi Asiyanın bərpa olunan enerji hədəflərinə çatmasına, enerji təhlükəsizliyinin artırılmasına və qlobal iqlim məqsədlərinə nail olmasına əhəmiyyətli dəstək verəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO