Elmar Baxşıyev:

Elmar Baxşıyev: "Komandama gördüyü işə görə təşəkkür edirəm"

Hazırda oxunan: Elmar Baxşıyev: "Komandama gördüyü işə görə təşəkkür edirəm"
203487
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Toplanış çərçivəsində sayca ikinci oyunumuzu keçirdik. Hesab açılmasa da, görüş dinamik oldu. Rəqib də möhkəm komanda idi. Yaxşı hazırlıq keçdikləri hiss olunurdu. Futbolçularımın topa daha çox nəzarət etməsi müsbət məqam idi".

Bizim.Media xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Türkiyənin Erzurum şəhərində təlim-məşq toplanışı çərçivəsində Küveytin “Al Arabi” klubu ilə yoxlama oyunundan (0:0) sonra deyib.

"Ümumiləşdirsək, Erzurum toplanışı faydalı oldu. Komandama gördüyü işə görə təşəkkür edirəm. Sabah Bakıya qayıdırıq.

Çempionata qədər daha bir matçda gücümüzü sınayacağıq. İyulun 28-də əvəzedicilərlə üz-üzə gələcəyik. Bundan sonra avqustun 2-də “Qarabağ”la keçirəcəyimiz matça hazırlaşacağıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO