Arda

Arda "Real"da qalır, ya gedir? - Ançelotti açıqladı

Hazırda oxunan: Arda "Real"da qalır, ya gedir? - Ançelotti açıqladı
189297
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Arde Güler haqqında növbəti dəfə danışıb.

Bizim.Media xəbər verir ki, ötən ilin yayında "Fənərbaxça"dan "Real"a keçən 19 yaşlı yarımmüdafiəçi aldığı ardıcıl zədələr səbəbindən yalnız bu qış komandada debüt edə bilmişdi. 

Komandada az oyun şansı alan futbolçunun icarəyə göndərilməsi ehtimalı da var idi. 

Ötən gün isə Güler "Real Sosyedad"la matçda meydana start heyətdə çıxıb və qol vurmağı bacarıb. Bu görüşdən sonra Ançelotti mətbuata açıqlamasında Türkiyə millisinin üzvünün komandada qalacağını bildirib:

"Arda Güler çox gənc bir futbolçudur. Yavaş-yavaş qəhrəman olacaq. O, bizim üçün çox vacib bir futbolçudur. Arda növbəti mövsümdə də bizimlə olacaq".

Qeyd edək ki, Arda ötən gün ilk dəfə La Liqada start heyətdə meydana çıxıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO