Bağlı qapı arxasında qalan azyaşlı xilas edildi - VİDEO 

Bağlı qapı arxasında qalan azyaşlı xilas edildi - VİDEO 

Hazırda oxunan: Bağlı qapı arxasında qalan azyaşlı xilas edildi - VİDEO 
168948
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında bir nəfər azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-nin Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qapının kilidlənməsi nəticəsində onyeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə tək qalan azyaşlının - 2020-ci il təvəllüdlü M.Abbasovun köməyə ehtiyacı yaranıb. 
Xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə etməklə mənzilə pəncərədən daxil olub və azyaşlını xilas edərək yaxınlarına təhvil veriblər. 
 

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO