Erməniləri gürcülər kölə kimi işlədib – Mal fermasında ŞOK HADİSƏ

Hazırda oxunan: Erməniləri gürcülər kölə kimi işlədib – Mal fermasında ŞOK HADİSƏ

14801

Gürcüstanda beş illik köləlikdən sonra üç Ermənistan vətəndaşı sərbəst buraxılıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda əsgər çatışmır - 63 yaşadək kişilərə orduya getməyə icazə veriləcək


Mənbə bildirir ki, Samtsxe-Cavaxetiya bölgəsində insan alveri ittihamı ilə ata və oğul saxlanılıb. 

İşin materiallarına əsasən, təqsirləndirilənlər üç Ermənistan vətəndaşına 2015-2016-cı illərdə yaxşı iş şəraiti yaradacaqlarını və pul verəcəklərini vəd etdikdən sonra lazımi sənədləri toplayaraq onları Gürcüstana gətiriblər.

Ermənilər Gürcüstana gəldikdən sonra kəndlərdən birindəki heyvandarlıq fermasına aparılıb. Tövləyə yerləşdiriblər, bütün sənədlərini aldıqdan sonra hədələyərək onları pulsuz işləməyə məcbur ediblər. 

Gürcülər fermanın ətrafındakı kameralarla onları daim izləyib və ərazini tərk etməyə icazə verməyiblər.

Buna baxmayaraq, kişilərdən biri qaçmağı bacarıb. Ermənistanla dövlət sərhədini keçməyə çalışarkən o, sərhədçilər tərəfindən tutulub. 

Bundan sonra gürcülərə qarşı cinayət işi açılıb. "Kölə sahibləri" olan ata və oğul nəzarətə götürülüb. Onları 12 ildən 15 ilədək həbs cəzası gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO