“Düşünmürəm ki, Cəmil müəllim durduğu yerdə Rauf Arifoğlu barəsində hər hansı fikir səsləndirsin”x9d

“Düşünmürəm ki, Cəmil müəllim durduğu yerdə Rauf Arifoğlu barəsində hər hansı fikir səsləndirsin”x9d

Hazırda oxunan: “Düşünmürəm ki, Cəmil müəllim durduğu yerdə Rauf Arifoğlu barəsində hər hansı fikir səsləndirsin”x9d

84650










Tanınmış hüquqşünas Namizəd Səfərov “Hürriyyət”x9d qəzetinə müsahibəverib. Moderator.azxa0həmin müsahibəni oxucuların diqqətinə çatdırır.

xa0

Əvvəli bu linkdə: //moderator.az/index.php?xeber=84311

xa0

- Bu arada Rüstəm İbrahimbəyovun bəzi açıqlamaları gəldi. Düzdür, sonradan bu açıqlamaların bəzilərinin təhrif edildiyi də iddia olundu. Ümumiyyətlə, Koordinasiya Şurasında bu məsələ müzakirə olundumu və Rüstəm bəyin bu açıqlamalarına sizin şəxsi münasibətiniz necədir?

xa0

xa0- Rüstəm İbrahimbəyovun hansı açıqlamasını deyirsiniz?

xa0

- Birinci onu demişdi ki, biz ermənilərlə düşmən deyilik, ikinci də “Milli Şuraya sədr olmağı mənim qarşıma şərt qoydular”x9d söyləmişdi.

xa0

xa0- Mən onun belə bir açıqlamasını oxumamışam ki, o, Milli Şuraya sədr olmağı mənim qabağıma şərt qoydular desin.

xa0

- Yəni bundan xəbəriniz yoxdur?

xa0

- Xəbərim də yoxdur, onun belə bir fikir söyləyəcəyini də düşünmürəm. Ancaq o biri açıqlamasından xəbərim var. Rüstəm bəyin ermənilərlə “dostluq”x9d barəsində işlətdiyi fikirlər Milli Şurada konkret olaraq müzakirə olunmayıb. Yəni Koordinasiya Mərkəzində bu məsələ rəsmi olaraq müzakirəyə çıxarılmayıb. Ancaq bu haqda mənim də Koordinasiya Şurasının bəzi üzvlərinin də bu məsələ haqda açıqlamaları bir sıra KİV-lərdə və sosial şəbəkələrdə yayınlanıb. Indi məxsusi olaraq sizin üçün də deyə bilərəm ki, Azərbaycan xalqı ilə erməni xalqı Allah tərəfindən qonşu kimi birgə yaşamağa məhkum olunublar. Tarixdə tutaq ki, Fransa ilə Almaniyanın, Fransa ilə İngiltərənin, Almaniya ilə İngiltərənin, Rusiya ilə Almaniyanın və digər Avropa dövlətlərinin arasında illərlə davam edən müharibələr olub. Günü bu gün də Fransa ilə İngiltərə arasında çox qəribə, bir az da yumoristik görünən düşmənçilik mövcuddur, ancaq eyni zamanda da, bu xalqlar Allah tərəfindən qonşu kimi yaradılıblar və özləri də yaxşı başa düşürlər ki, bir yerdə yaşamalıdırlar. Tarixdən bəllidir ki, bu cür müharibələrdən hətta 100 il davam edənlər də olub. Ancaq bu xalqların hamısı bu gün sivil dövlətlər səviyyəsinə çatıblar ki, birgə yanaşı yaşamanın da sivil normaları ilə keçinə bilirlər. Rüstəm İbrahimbəyov da bütün bunları vurğulayaraq dedi ki, düzdür, müsahibəsində bəzi təhriflərə yol verilib, ancaq Azərbaycan da, Ermənistan da qonşu dövlətlər olaraq, gec ya da tez sivil normalara əsaslanan dinc yanaşı yaşamanın qaydalarını qəbul etməlidirlər. Bununla yanaşı, Rüstəm İbrahimbəyovun özü də belə hesab edir ki, Azərbaycan torpaqlaının 20 faizi məhz Ermənistan tərəfindən işğal olunub və barəsində danışdığımız sivil normalarda Ermənistan işğal siyasətindən əl çəkərək, Azərbaycan ərazilərindən çıxmalıdır. Yalnız bundan sonra xalqlar arasında sülhün və əmin-amanlığın bərqərar olmasını istəyən Rüstəm bəyin fikirləri ilə mən də həmrəyəm. Bir daha deyirəm ki, biz ermənilərlə qonşu kimi bir yerdə yaşamağa məhkumuq və bu müharibə bitəndən sonra biz onları özümüzə düşmən xalq hesab etməməliyik. Bunun həm bizə, həm də onlara xeyirli olacağını gec-tez başa düşməliyik. Bu iki xalq arasında düşmənçiliyi və müharibəni qızışdırmaq, həmçinin də onları bir-birinə düşmən eləmək bir ziyalı kimi Rüstəm İbrahimbəyova başucalığı gətirməzdi. Əslində xalqlar arasında düşmənçilik toxumu səpmək, onları qarşı-qarşıya qoymaq heç bir ziyalıya başucalığı gətirmir, bax bu mənada mən Rüstəm İbrahimbəyovun dediklərini və sərgilədiklərini çox düzgün hesab edirəm. Mən özüm də belə düşünürəm ki, bu xalqlar dinc və yanaşı yaşamağa, hətta zamanla dostlaşmağa məcbur və məhkumdurlar. Yadınıza gəlirsə, biz XX əsrin əvvəllərində də eyni düşmənçilik yollarını keçmişdik. Sonradan Sovet hakimiyyətinin, Stalinin məcbur etməsi altında bir dövlətdə birləşdik və çox da mehriban yaşayırdıq, arada olan ziddiyyətlər də tamam unudulub getmişdi. Bu baxımdan indi dediklərim yaxşı mənada söylənilən fikirlərdir və bu fikirlərə ayrı məna vermək, ya da rəng qatmaq lazım deyil. Indi kimsə deyə bilər ki, biz vaxtında erməniləri düşmən hesab etmədik deyə, sonradan başımıza bu oyunlar gəldi. Yox, bütün hallarda insanlar da, xalqlar da, dövlətlər də eyni ərazidə qonşu kimi yaşamaq zorundadılarsa, o zaman dinc və yanaşı yaşamın sivil normalarını qəbul etməyə məhkumdurlar. Demək istədiyim odur ki, Rüstəm İbrahimbəyovun da sözügedən açıqlamasında söylədiyi fikirlər məhz buna yönəlmişdi.

xa0

- Namizəd bəy, bəllidir ki, son 20 ildə istənilən səviyyəli seçkilərin ərəfəsində Azərbaycanın müxalif qüvvələri arasında böyük didişmələr başlayır. O baxımdan bu il də istisna olmadı və yenə də müxalifətin daxilində artan xətlə davam edən böyük savaşlar başlayıb.

xa0

- Əslində söhbət siyasi proseslərdən gedirsə, belə məsələləri bir az da normal qarşılamaq lazımdır. Əlbəttə, mən də müxalifətdaxili qovğaların bu qədər çox olmasını istəməzdim, ancaq konkret şəxslər və siyasi təşkilatlar ümumiyyətlə öz maraqlarına necə yanaşmaqda və onları nə cür ifadə etməkdə sərbəstdirlər. Bu baxımdan da elə şeyləri ciddi irad kimi ortaya qoymaqda bir əsas görmürəm.

xa0

- Məsələ burasındadır ki, indi sizin də ölkənin aparıcı müxalifət qüvvələrinin mərkəzi saydığınız Milli Şuranın sədri Cəmil Həsənli indi ciddi mənada bu münaqişənin bir tərəfidir. Məsələnin bu yönünü nə cür qiymətləndirirsiniz və ümumiyyətlə Milli Şurada Cəmil bəyin bu polemikalarına münasibət necədir?

xa0

- Bu məsələlər xeyli vaxtdır ki, davam edir və bu ətrafda xeyli müzakirələr də olub. Ancaq mən düşünmürəm ki, Cəmil müəllim durduğu yerdə Rauf Arifoğlu barəsində hər hansı fikir səsləndirsin.

xa0

xa0- Axı Rauf Arifoğlu barəsində boş yer kimi bu cür əlini yelləyərək danışmaq olmaz. Adam son illərin müxalifət adına yaradılan bütün qurumlarında birmənalı şəkildə rəyasət heyətində əyləşdirilib. Indi isə onun barəsində elə şeylər danışılır ki, onlara inansaq, küllən müxalifətin hamısına kölgə düşəcək.

xa0

- İndi siz demək istəyirsiniz ki, Rauf Arifoğlu elə deyil?

xa0

xa0- Mən heç nə demək istəmirəm, sadəcə baş verənlərə və söylənilənlərə sizin münasibətinizi soruşuram.

xa0

- Artıq qeyd etdim ki, nə Cəmil müəllim, nə də indiki Koordinasiya Şurasının üzvləri durduqları yerdə Rauf Arifoğlu barəsində heç nə deməyiblər. Axı bunu siz də bilirsiniz ki, Rauf Arifoğlunun özünün də, bütövlükdə Müsavat Partiyasının da daxil olduğu Milli Şura yaradılmışdı. Və bu Şuranın yaradılması cəmiyyət tərəfindən çox böyük ruh yüksəkliyi ilə yaradılmışdı. Hətta bir-biri ilə barışmaz münasibətlərdə olan, siyasi baxışları üst-üstə düşməyən xeyli qüvvələr də burda təmsil olunmuşdular. Həm də Milli Şurada doğrudan da təşkilat kimi formalaşmış partiyalarla yanaşı, bir sədri bir də müavinləri olan partiya sədrləri də təmsil olunurdu. Bütün bunlara baxmayaraq, mən də bir məsələni alqışlayıram ki, həmin partiyalar və partiya sədrləri öz ambisiyalarını bir kənara qoyaraq Milli Şurada birləşə bildilər. Bu sırada Əli Kərimlini də, İsa Qəmbəri də, Sabir Rüstəmxanlı da, Mirmahmud Mirəlioğlu və digərləri də alqışlanmalıdır. Ona görə ki, bunların hamısı oturuşmuş təşkilatların rəhbərləridir. Buna baxmayaraq, bunların hamısı öz ambisiyalarından çəkilərək ən kiçik partiyalarla belə birləşməkdən çəkinmədilər. Bundan başqa Milli Şurada bir çox tanınmış QHT rəhbərləri və ictimaiyyət arasında populyar olan şəxslər də birləşməklə cəmiyyətin, eləcə də narazı elektoratın əhval-ruhiyyəsinin dəyişməsində çox önəmli rol oynadılar. Bütün bunlar prezident seçkiləri ərəfəsində müxalif kəsimin parçalanmaması və vahid namizədlə seçkiyə qatılmaq üçün atılan addımlar idi. Cəmiyyətin çoxdan arzuladığı vahid birlik ortaya çıxdı və ictimaiyyətin uğurlu sonluğa ümidləri xeyli artmış oldu. Əvvəl Rüstəm İbrahimbəyovun namizədliyi verildi, ancaq o sonradan Bakıya gələ bilmədi. Və o zaman seçkiyə çox az vaxtın qalmasına rəğmən, Cəmil Həsənlinin namizədliyi ortaya çıxdı. Biz də hamılıqla Cəmil bəyin ətrafında birləşib onun vahid namizədliyi ilə prezident seçkilərinə getdik. Əlbəttə, seçkinin nəticələrini araşdırmaq bu günkü söhbətin mövzusu deyil.

xa0

- Siz Cəmil Həsənli ilə Rauf Arifoğlunun indiki polemikasından danışacaqdınız...

xa0

- Seçkilərdən sonra belə qərara gəlindi ki, o dövr üçün müxalif qüvvələrin birliyi olaraq normal bir qurum kimi Milli Şura fəaliyyətini davam etdirsin. Lakin birdən- birə bəzi qüvvələr və şəxslər heç bir əsas gətirmədən Milli Şuranı tərk etməyə başladılar. Yerdə qalan qüvvələr isə bütün gedənlərə “yaxşı yol”x9d deyib, mən də daxil olmaqla belə qərara gəldik ki, Milli Şuranı mövcud formatda saxlayaq. Bu gün də Milli Şuranın lap başından qarşısına qoyduğu məqsədə doğru gedilir.

xa0

- Bunlar hamısı bəlli, siz son durumdan və bu durumu yaradan səbəblərdən danışın.

xa0

- Bu gün heç kim inkar edə bilməz ki, Cəmil müəllim cəmiyyət arasında doğrudan da böyük nüfuza malik olan bir alimdir, bundan başqa Cəmil Həsənlinin prezident seçkilərində tutduğu mövqe də cəmiyyət tərəfindən olduqca müsbət qarşılandı. Hətta seçki kampaniyası dövründə çoxlarının ondan gözləmədiyi, ummadığı keyfiyyətləri də ortaya çıxdı. Cəmil müəllim həmişə deyirdi ki, mən siyasətçi deyiləm və prezident olmaq məqsədini də daşımıram .

xa0

- Amma adam alimliyə yox, prezidentliyə namizəd idi...

xa0

xa0- Cəmil müəllim o dövrdə vəziyyətdən çıxış yolu kimi bir az da Milli Şuranın təkidi və məcbur etməsi ilə çiyinlərini bu yükün altına verdi. Yəni, bir növ onun üzərinə bu məsuliyyəti qoydular ki, elə bir vəziyyətdə kimsə çiyinlərini bu yükün altına verməliydi və Cəmil müəllim də o yükü çiyninə götürdü.

xa0

- Amma Heydər Əliyev də deyirdi ki, mən hakimiyyətə gəlmək istəmirdim, xalq belə istədi. Sizin indi cızdığınız mənzərə bir az da ona oxşamırmı?

xa0

Ardı xa0var

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO