Balakəndə minik avtomobili yol kənarında quraşdırılan radar dirəyinə çırpılıb, ər və həyat yoldaşı xəsarət alıb.
Bizim.Media “azertag.az”a istinadla xəbər verir ki, ağır yol-nəqliyyat hadisəsi Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakənin Katex kəndi ərazisindən keçən hissəsində baş verib.
Balakən rayon sakini Etibar Məmmədovun idarə etdiyi “Mercedes” markalı 99 GF 869 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yol kənarında quraşdırılmış radar dirəyinə çırpılıb.
Qəzadan sonra sürücü E.Məmmədov və avtomobildə olan sürücünün həyat yoldaşı Leyla Məmmədova xəsarət alıb.
Avtomobildə sıxılmış vəziyyətdə qalan L.Məmmədova Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən çıxarılaraq hadisə yerinə cəlb edilmiş Təcili Tibbi yardım mərkəzinin briqadasına təhvil verilib.
Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Müayinə və müalicələr davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.



Bizim.Media





































































































