Ağdaşda attraksion aşdı, bacı-qardaş yaralandı - VİDEO

Ağdaşda attraksion aşdı, bacı-qardaş yaralandı - VİDEO

Hazırda oxunan: Ağdaşda attraksion aşdı, bacı-qardaş yaralandı - VİDEO
632773
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avqustun 19-da Ağdaş rayonundakı istirahət parkında attraksion qəzaya uğrayıb.

Bizim.Media “Qafqazinfo” -ya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Xəsarət alan yeniyetmələrin anası İlahə Baxışova bildirib ki, hadisə nəticəsində 16 yaşlı qızı daha ağır zədələr alıb, oğlunun isə omba sümüyü çıxıb:
 

“Biz Bakıdan Ağdaşa anamgilə qonaq getmişdik, qərara gəldik ki, uşaqları parka aparaq. Həmin vaxt relsdən çıxan attraksion qatarı aşdı, qızım onun altında qaldı. Hadisədən dərhal sonra parkda attraksion işlədən şəxslər bizə yaxınlaşaraq heç bir quruma müraciət etməməyimizi xahiş etdilər. Lakin qızımın ağrıları kəskinləşdiyindən xəstəxanaya apardıq və onun ciddi şəkildə xəsarət aldığı məlum oldu. Attraksion sahibi isə bizə bildirdi ki, heç bir köməklik edə bilməyəcəklər”.


Əldə etdiyimiz məlumata görə, vətəndaşın müraciəti əsasında sözügedən məsələ ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.

Hadisə anının görüntüləri:




Ağdaşda attraksion aşdı, bacı-qardaş yaralandı - VİDEO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO