Ukraynada həlak olan Fatimənin əmisindən ürəkdağlayan sözlər - VİDEO

Ukraynada həlak olan Fatimənin əmisindən ürəkdağlayan sözlər - VİDEO

Hazırda oxunan: Ukraynada həlak olan Fatimənin əmisindən ürəkdağlayan sözlər - VİDEO
622735
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynanın Xarkov şəhərinə endirilən hava zərbələri nəticəsində həlak olan azərbaycanlı tələbə Fatimə Hüseynovanın nəşi Azərbaycana yola salınıb.

Bizim.Media Baku TV-yə istinadla xəbər verir ki, Xarkov Tibb Universitetinin məzunu olan Fatimə Hüseynova əslən Azərbaycanın Kürdəmir rayonundandır.
 

Xarkovda dünyaya gələn Fatimə 2020-ci ildə doğma şəhərində Tibb Universitetinə qəbul olunmuşdu. Müharibənin əvvəlindən ailəsi ilə birlikdə müvəqqəti Almaniyada yaşayan həmvətənimiz məzun gecəsində iştirak etmək və diplomunu almaq üçün iyunun 26-da Xarkova gəlibmiş.


Fatimə Hüseynovanın əmisi Azər Hüseynov bildirib ki, mərhum fotosessiyaya gedərkən hava hücumu nəticəsində həlak olub:

"Mələk balam rəhmətə getdi. O, çox tərbiyəli və gözəl qəlbli bir qız idi. Ürəyim yanır".

Azərbaycanlı tələbənin faciəli ölümü Ukrayna ictimaiyyətini də sarsıdıb. Məzunu olduğu universitetdə gənc həmvətənimizin xatirəsinə xüsusi guşə yaradılıb.

Qeyd edək ki, Fatimə Hüseynovanın nəşi əmisi Azər Hüseynov və Xarkovdakı Azərbaycan diasporunun nümayəndələrinin müşayiəti ilə Vətənə yola salınıb. O, ata yurdunda - Kürdəmirin Ərəbqubalı kəndində dəfn olunacaq.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO