Məzun xalatı və papağı hadisə yerində qalıb... – Video

Məzun xalatı və papağı hadisə yerində qalıb... – Video

Hazırda oxunan: Məzun xalatı və papağı hadisə yerində qalıb... – Video

622557

Xəbər verdiyimiz kimi, Ukraynanın Xarkov şəhərinə endirilən hava zərbəsi nəticəsində Xarkov Milli Tibb Universitetinin tələbəsi Fatimə Hüseynova həyatını itirib.

Bizim.Media “Kharkiv Today”ə istinadla xəbər verir ki, iyunun 30-da universitetin tibb fakültəsinin sonuncu kurs tələbələri bayram atmosferində diplomlarını almalı idilər.

Lakin tədbirdən cəmi bir gün əvvəl Fatimə və rəfiqəsi Ada diplom mərasimi üçün icarəyə götürdükləri bayram mantiyaları ilə şəkil çəkdirmək məqsədilə "Malaya Panasovskaya" küçəsi ilə fotostudiyaya tərəf tələsirmişlər.

Fotostudiyaya cəmi bir neçə yüz metr qalmış qəfil partlayış baş verib. Nəticədə Fatimə həyatını itirib, ağır yaralanan digər tələbə — Adanın vəziyyəti isə kritikdir.

Həkimlər bədəninin 90%-i yanan və ciddi travmalar alan gənc qızın həyatı üçün mübarizə aparırlar.

Qeyd edək ki, Fatimənin fotosessiyada geyinmək üçün özü ilə apardığı məzun xalatı və papağı hadisə yerində - onun nəşinin yanında tapılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO