Rusiya FTX \

Rusiya FTX \"Crocus\" hücumunu maliyyələşdirən dəstənin üzvlərini SAXLADI – VİDEO   

Hazırda oxunan: Rusiya FTX \"Crocus\" hücumunu maliyyələşdirən dəstənin üzvlərini SAXLADI – VİDEO   

185153

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Dağıstanda əməliyyat keçirib, "Crocus City Hall"dakı terroru maliyyələşdirən dəstənin üzvləri saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə FTX məlumat yayıb. 

Bildirilib ki, martın 31-də Dağıstanda Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən antiterror əməliyyatı zamanı saxlanılan yaraqlılar “Crocus City Hall”a hücumu həyata keçirən terrorçuları silah və pulla təmin ediblər.   
Dəstəyə dörd nəfər daxil olub. Məlum olub ki, onlar, həmçinin Kaspiyskdə insanların sıx olduğu yerlərdə də terror aktı planlaşdırıblar, bundan dərhal sonra Rusiyanı tərk etmək niyyətində olublar. 

FTX Dağıstanda saxlanılan silahlıların Kaspiyskdə sahili partlatmaq niyyətində olduqlarını açıqlayıb. 

Qeyd edək ki, martın 22-də Moskvadakı “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Son məlumatlara görə, hücum nəticəsində 144 nəfər ölüb, 382 nəfər yaralanıb. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO