Kür çayında köməksiz qalanlar belə xilas edildi - FOTO/VİDEO 

Kür çayında köməksiz qalanlar belə xilas edildi - FOTO/VİDEO 

Hazırda oxunan: Kür çayında köməksiz qalanlar belə xilas edildi - FOTO/VİDEO 

174527

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kür çayının Şirvan şəhərindən keçən hissəsində motorlu qayıqda baş verən nasazlıq səbəbindən 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb edilib. 

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib və qayıq yedəyə alınaraq sahilə çıxarılıb. 
 







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO