Rahib Kərimlinin oxucularla görüşü və kitablarının təqdimatı keçirildi

Rahib Kərimlinin oxucularla görüşü və kitablarının təqdimatı keçirildi

Hazırda oxunan: Rahib Kərimlinin oxucularla görüşü və kitablarının təqdimatı keçirildi

614991

Bu gün VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının ikinci günü çərçivəsində Bizim.Media masasında yazıçı Rahib Kərimli oxucularla görüşüb və kitablarının təqdimatını keçirib.
 

MÖVZU BAĞLI: 

İki nakam şairənin xatirəsinə həsr olunan poeziya gecəsi keçirildi - FOTO


Bizim.Media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” laureatı olan yazıçı 14 kitabın müəllifidir.

Rahib Kərimli yaradıcılığında hekayə, esse, pritça və qəzəl janrında şeirlərə  yer verir. Müəllif əsasən siyasi və sevgi mövzularında yazır.

Festival çərçivəsində müəllifin Prezident İlham Əliyevə həsr etdiyi “Dəmir yumruq” və Birinci vitse-prezident Mehriban Əliyevaya ithaf olunan “Fenomen qadın lider” kitabları oxuculara təqdim olunub.
 

Təqdimatda müəllifin “Duyğular” və “Gönçə güllər” adlı şeir kitabları da sərgilənib. VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində müxtəlif müəlliflərin təqdimatları və oxucularla görüşləri davam edir.


Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.



Xədicə Paşayeva, İntiqam İbrahimov Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO