Yazıçı İlham Qəhrəmanın folklor nümunələri təqdim olundu - FOTO

Yazıçı İlham Qəhrəmanın folklor nümunələri təqdim olundu - FOTO

Hazırda oxunan: Yazıçı İlham Qəhrəmanın folklor nümunələri təqdim olundu - FOTO

614770

Bu gün VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında yazıçı İlham Qəhrəmanın kitab təqdimatı keçirildi.

Bizim.Media xəbər verir ki, 20-dən çox kitab nəşr edən müəllifin yaradıcılığında 11 şeir kitabı ilə yanaşı, “Aşıq Alı: nə qaldı”, “Sarı Aşıq: Gül dəftəri”, “Laçın folkloru” və “Laçın lətifələri" kimi 4 folklor toplusu da yer alır. Bu toplular AMEA Folklor Elmi Şurasının qərarı ilə nəşr olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Türk dünyasının ziyalılarını bir araya gətirən festivalın AÇILIŞ mərasimindən FOTOREPORTAJ


Müəllif əsasən qoşma, gəraylı və bayatı janrlarında yazır. Onun "Dəyirmanın su dərdi" adlı bayatı kitabı da işıq üzü görüb.

İ.Qəhrəmanın yaradıcılığında sevgi, vətənpərvərlik mövzuları üstünlük təşkil edir.


Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO