Gürcüstan Prezidenti “Nargis” jurnalına müsahibə verdi - FOTO

Gürcüstan Prezidenti “Nargis” jurnalına müsahibə verdi - FOTO

Hazırda oxunan: Gürcüstan Prezidenti “Nargis” jurnalına müsahibə verdi - FOTO
27209
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstanda “Nargis” jurnalının 18-ci sayı hazırlanıb.

Bizim.Media xəbər verir ki, nəşrin bu sayının əsas qəhrəmanı Gürcüstan Prezidenti Salome Zurabişvilidir.

Jurnalın üz qabığında S.Zurabişvilinin fotoşəkli və “Gözlənilməzlik çaları ilə həyat” başlığı yer alıb. Dövlət başçısı ilə eksklüziv müsahibə Nino Murğuliaya, fotolar isə Quram Tsibaxaşvili və Tinatin Kiquradzeyə məxsusdur.

Prezident jurnal üçün Orbeliani sarayında çəkilən fotosessiyanı əks etdirən video görüntüləri instaqram səhifəsində paylaşıb.

Nəşri tezliklə Tbilisi, Batumi və Kutaisidə qəzet köşklərində və bir neçə mağazada əldə etmək mümkün olacaq. Qiyməti 5 lari (2 man 70 qəpik) təşkil edir.

Qeyd edək ki, Gürcüstanda nəşr olunan “Nargis” jurnalı Azərbaycanda 2013-cü ildən dərc edilən eyniadlı dərginin gürcü versiyasıdır. Dəb və incəsənət haqqında olan nəşrin qonşu ölkədə ilk sayı 2014-cü ilin dekabrında işıq üzü görüb.

Bizim.Media

Gürcüstan Prezidenti “Nargis” jurnalına müsahibə verdi - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO